Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Bank VTB (Azərbaycan)" tender elan edir

"Bank VTB (Azərbaycan)" tender elan edir

Date: 7 December 2015 14:13


Bakı, 7 dekabr, AZƏRTAC
"Bank VTB (Azərbaycan)" ASC "Kadrların idarə edilməsi və əmək haqqının avtomatlaşdırılmış qaydada hesablanması modulunun tətbiq edilməsi" layihəsi üzrə açıq tender elan edir.
ASC-dən AZƏRTAC-a bildiriblər ki, tender sənədləri ilə bankın Xətai prospekti, 38, Messenat Plaza, АZ 1008, Bank VTB (Azərbaycan) ASC ünvanında yerləşən ofisində tanış olmaq olar. Tender təklifləri üzərində sənədlərin siyahısı bərkidilmiş qeyri-şəffaf zərfdə bağlanıb və kontragentin möhürü ilə möhürlənmiş şəkildə (əgər kontragent fərdi sahibkardırsa, imzalanmış) və dekabrın 21-də saat 16:00-dan gec olmayaraq bağlı və möhürlənmiş qeyri-şəffaf zərfdə (içindəkilərin möhürlənmiş və imzalanmış siyahısı əlavə olunmaqla) Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 38 Messenat Plaza, АZ 1008, Bank VTB (Azərbaycan) ASC ünvanında yerləşən bankın baş ofisinə təqdim edilməlidir.

Tags:  Bank VTB Azərbaycan tender elan edir



RƏYLƏR


Top news