DSMF sığorta-pensiya sahəsində xidmətin səmərəliliyini artırır

DSMF sığorta-pensiya sahəsində xidmətin səmərəliliyini artırır
14:19 7 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

 

Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətinin bütün istiqamətləri, o cümlədən məcburi dövlət sosial sığorta haqlarının toplanması sahəsində sığortaedənlərlə (işəgötürənlər, digər hüquqi və fiziki şəxslər), fərdi uçotın həyata keçirilməsi sahəsində sığortaolunanlarla (işləyənlərlə), əmək pensiyası təminatı sahəsində bilavasitə pensiyaçılarla xidməti münasibətlərdə səmərəliliyin daha da artırılması məqsədilə seminar-müşavirələr keçirilir. Fondun İctimaiyyətlə əlaqələr sektorundan Lent. Az-a verilən məlumata görə, seminar-müşavilərdə müzakirələrin əsas predmetləri sığortaedənlərlə, o cümlədən sahibkarlarla işin qanunvericiliyin tələblərinə uyğun qurulması, vətəndaşların qəbulu, müraciətləri və tələblərinə həssaslıqla yanaşılması məsələləridir. 

 

Fondun rəhbərliyi və Aparatın aparıcı şöbə müdirlərinin iştirakı ilə keçirilən seminar-müşavirələr ilkin olaraq Fondun departamentləri, Bakı şəhərinin rayon şöbələrinin rəhbər və işçilərinin iştirakı ilə təşkil olunmuşdur. Hazırda bu tədbirlər respublika üzrə Fondun digər şəhər və rayon şöbələrinin əməkdaşları da cəlb edilməklə davam etdirilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224250

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR