Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

FHN-in Akademiyasında Azərbaycan multikulturalizmi fənninin monitorinqi keçirilib

FHN-in Akademiyasında Azərbaycan multikulturalizmi fənninin monitorinqi keçirilib

Date: 7 December 2015 14:23


Bakı, 7 dekabr, AZƏRTAC
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) xarici və yerli universitetlərdə Azərbaycan multikulturalizmi fənninin tədrisi layihəsi çərçivəsində 11 xarici və 19 yerli universitetdə bu fənn tədris edilir.
Azərbaycan multikulturalizmi fənninin universitetlərdə aktuallığını və onun uğurlu layihə kimi davamlılığını təmin etmək və fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması məqsədilə hər semestrin sonunda Mərkəzin müəyyən etdiyi şəxslər tərəfindən monitorinqlər aparılır.
Növbəti monitorinqi BBMM-nin əməkdaşı Vidadi Rzayev Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında aparıb. O, Akademiyanın tədris şöbə rəisi polkovnik Malik Qarayevlə və tədris işləri üzrə rəis müavini polkovnik Afət Qurbanovla görüşərək tədris edilən fənnin səviyyəsi ilə tanış olub. Akademiyanın rəisi, general mayor Pənah Süleymanovla görüşdə ölkəmizdə əsrlər boyu sülh və əmin-amanlıq şəraitində birgə yaşayan çoxsaylı etnik qrupların və müxtəlif dini konfessiyaların bugünkü fəaliyyətlərindən, ölkə rəhbərliyinin bu sahəyə olan xüsusi qayğı və diqqətindən söhbət açılıb. Akademiyanın rəhbərliyi qeyd olunan fənlərin tədrisinə yüksək məsuliyyətlə yanaşıldığını vurğulayıb.
Monitorinq zamanı BBMM-in əməkdaşı Akademiya rəhbərliyinin, 65 müəllimin və kursantların iştirak etdiyi açıq dərsdə Azərbaycan multikulturalizminin özünəməxsusluğu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ötən dövr ərzində fəaliyyəti barədə məlumat verib. Dərsin sonunda müəllimlərin və kursantların sulları cavablandırılıb.
Qeyd edək ki, 2015-2016-cı illərin tədris ilində Akademiyada multikulturalizmə giriş fənni üzrə bakalavr pilləsində 100 kursant, Azərbaycan multikulturalizmi fənni üzrə isə 3 kursant təhsil alacaq.

Tags:  FHN-in Akademiyasında Azərbaycan multikulturalizmi fənninin monitorinqi keçirilib


RƏYLƏR


Top news