İtaliyada taksi sürücülərinə antiterror kursları keçirilir

İtaliyada taksi sürücülərinə antiterror kursları keçirilir
14:28 7 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


Roma, 7 dekabr, AZƏRTAC
“Mərhəmət Yubileyi” çərçivəsində təşkil ediləcək silsilə tədbirlər ərəfəsində Romada təhlükəsizliyin təmin olunması istiqamətində görülən tədbirlərdən biri də taksi sürücülərinə antiterror kurslarının keçirilməsidir. Tədbirlər çərçivəsində Romaya dünyanın müxtəlif ölkələrindən xeyli sayda insanın axın edəcəyini nəzərə alaraq, paytaxtda fəaliyyət göstərən taksi şirkətləri birliyi bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, kursun əsas məqsədi taksi sürücülərinə müdafiə üsullarını və ictimai yerlərdə hər hansı zorakılıq aktlarına qarşı sayıqlıq göstərməyin yollarını öyrətməkdir. Dünyada gərginliyin hökm sürdüyü bir vaxtda bu cür təlimlərin təşkili şəhərin sakinlərinə və turistlərə daha təhlükəsiz mühit bəxş edəcək.
Qeyd edək ki, tarixdə 27-ci müqəddəs il olan “Mərhəmət Yubileyi” cari il martın 13-də Roma Papası Fransisk tərəfindən elan edilib. Tədbir çərçivəsində ilk olaraq dekabrın 8-də Müqəddəs Pyotr bazilikasında “Müqəddəs Qapı”nın açılış mərasimi olacaq.

Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Italiyada_taksi_suruculerine_antiterror_kurslari_kechirilir-908885

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR