Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda gizir əsgəri güllələdi

Azərbaycanda gizir əsgəri güllələdi

Date: 7 December 2015 14:31

Təhlükəsizlik qaydalarının pozulması nəticəsində əsgər vəfat edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, təhlükəsizlik qaydalarının pozulması və silahla ehtiyatsız davranma nəticəsində gizir Əhmədov Ceyhun Fəxrəddin oğlu tərəfindən açılan atəşdən əsgər Quliyev Adil Ağababa oğlu vəfat edib.

Hadisə ilə bağlı gizir C.Əhmədov haqqında cinayət işi başlanıb, faktla əlaqədar araşdırma aparılır.

Müdafiə Nazirliyi bu gün səhər daha bir əsgərin ölümü barədə məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, düşmən tərəfindən açılan atəş nəticəsində Silahlı Qüvvələrimizin zabiti baş leytenant Mollayev Abdulla Molla oğlu ağır yaralanıb.

Yaralı zabit hospitala çatdırılaraq əməliyyat olunub. Ancaq buna baxmayaraq hərbi qulluqçu vəfat edib.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Tags:  Azərbaycanda gizir əsgəri güllələdi


RƏYLƏR


Top news