Draytulinq üzrə üçüncü açıq respublika çempionatında qaliblər müəyyənləşib

Draytulinq üzrə üçüncü açıq respublika çempionatında qaliblər müəyyənləşib
14:33 7 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC 
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) “Clim Baku” İdman Dırmanma Mərkəzində keçirdiyi draytulinq üzrə üçüncü açıq respublika çempionatı başa çatıb.
AZƏRTAC xəbər verir ki, çempionatda müxtəlif regionlardan olan klubları təmsil edən 50-dən çox idmançı iştirak edib.
Çempionatın birinci günü təsnifat yarışları keçirilib. Bu mərhələni müvəffəqiyyətlə keçən idmançılar finala vəsiqə qazanıb və yarışın ikinci günü birincilik uğrunda gərgin mübarizəyə qoşulublar.
Çempionatın nəticələrinə görə, oğlanlar arasında fəxri kürsünü ən yüksək pilləsinə Rinat Rəhimxanov, qızlar arasında isə Leyla Əhmədova qalxıblar. Komandalar arasında birinci yeri “Qafqaz” dağçılıq idman klubu tutub.
Qaliblər Gənclər və İdman Nazirliyinin diplom və medalları, FAIREX-in sertifikatları ilə təltif olunublar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Draytulinq_uzre_uchuncu_achiq_respublika_chempionatinda_qalibler_mueyyenlesib-908886

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR