Su altında dəhşət: yırtıcı yırtıcını parçaladı - FOTO

Su altında dəhşət: yırtıcı yırtıcını parçaladı - FOTO
14:37 7 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+

Böyük ağ köpəkbalığı əbəs yerə dünyanın ən təhlükəli yırtıcılarından biri sayılmır. Bu yırtıcı acanda qarşısına çıxan istənilən canlıya hücum edir.

Milli.Az bildirir ki, fotoqraf-dayver Ceyson Uitll Cənubi Avstraliya sahillərində nəhəng ağ köpəkbalığının digər köpəkdalığına hücumunun şahidi olub.

"5 metr uzunluğundakı dişi ağ köpəkbalığı çox ac idi. O, şikar tapmadığından qarşısında üzən nisbətən kiçik köpəkbalığına hücum etdi, onu parçalamağa başladı", - Uitll deyib.

Olay Avstraliyanın cənub sahillərində, Adealida yaxınlığında, Neptunq adasının yanında olub.

Böyük ağ köpəkbalıqları dünyanın ən böyük yırtıcılarıdır. Onların uzunluğu adətən 4,5 metr, ağırlığı isə 2,2 ton olur.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/388244.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR