Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"İŞİD"də döyüşən azərbaycanlıya 17 İL HƏBS tələbi

"İŞİD"də döyüşən azərbaycanlıya 17 İL HƏBS tələbi

Date: 7 December 2015 14:39

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bəşər Əsədə qarşı qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirli bilinən Elşən Adilovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə,  hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxsin 17 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Məhkəmə dekabrın 14-də davam edəcək.

 

Qeyd edək ki,  Elşən Adilov 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti” (İŞİD) terrorçu təşkilatının fəaliyyətində iştirak edib. 


Tags:  İŞİDdə döyüşən azərbaycanlıya 17 İL HƏBS tələbi

RƏYLƏR


Top news