Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan səfirliyi Vilnyusda Milad Bazarında iştirak edib

Azərbaycan səfirliyi Vilnyusda Milad Bazarında iştirak edib

Date: 7 December 2015 14:42

Bakı. 7 dekabr. REPORT.AZ/ Litva paytaxtı Vilnyusda ölkədə akkreditə olunan diplomatik missiyaların dəstəyi ilə 13-cü Beynəlxalq Milad Xeyriyyə Bazarı keçirilib.
Azərbaycanın Litvadakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbiri rəsmi olaraq sabiq prezident Valdas Adamkusun həyat yoldaşı Alma Adamkiene, ölkənin baş nazirinin həyat yoldaşı Yanina Butkyaviçene və şəhər meri Remiqüs Şimaşüs açıb.
Xeyriyyə Bazarında Azərbaycan səfirliyi də daxil olmaqla Litvada akkreditə olan 36 ölkənin diplomatik missiya və icmaları, həmçinin Vilnüsün 5 beynəlxalq məktəbi iştirak edib.
Azərbaycan üçün ayrılan stenddə milli suvenirlər, xalçalar, kəlağayılar, ölkə ilə bağlı şəkillər, kitablar, bukletlər, şirniyyatlardan paxlava, şəkərbura və qoğal, yuxa, narşərab, həmçinin içkilər, meyvə şirələri, mineral sularnümayiş olunub.
Alma Adamkiene, Yanina Butkyaviçene və Remiqüs Şimaşüs Azərbaycan pavilyonuna gəliblər. Qonaqlara, stendə nümayiş olunan məhsullar haqqında məlumat verilib.
Qeyd edək ki, Milad Bazarında satışdan əldə edilən vəsait onlarla xeyriyyə təşkilatlarına paylanılacaq.



Tags:  Azərbaycan səfirliyi Vilnyusda Milad Bazarında iştirak edib

RƏYLƏR


Top news