Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

“Günəşli”-də həyatını itirənlər üçün bütün məscidlərdə dualar oxunacaq

“Günəşli”-də həyatını itirənlər üçün bütün məscidlərdə dualar oxunacaq

Allahşükür Paşazadə: “Xocalı faciəsini yaddan çıxara bilmərik” (21 Fevral 2017 11:42)

Tarix: 7 Dekabr 2015 14:44

Şeyx bununla bağlı göstəriş verib

Bu günlərdə Azərbaycandakı bütün məscidlərdə “Günəşli” neft yatağında baş vermiş hadisə nəticəsində həyatını itirən neftçilərin xatirəsi yad olunacaq, onlar üçün Quran oxunacaq, dualar ediləcək. 

 

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən APA-ya bildirilib ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bununla bağlı göstəriş verib.

 

Allahşükür Paşazadə ARDNŞ-nin Xəzər dənizində baş verən faciə ilə bağlı Azərbaycan xalqına başsağlığı verib, ölənlərə rəhmət, xəsarət alanlara şəfa diləyib.

 

QMİ sədri bütün Azərbaycan xalqına və fədakar neftçilərin ailə üzvlərinə Allah-Təaladan səbir və məğfirət, yaralılara şəfa, xilasedicilərin işinə Uca Yaradanımızdan rəvac diləyir: “Allah Vətənimizi hifz etsin!”


Teqlər:  Günəşli-də həyatını itirənlər bütün məscidlərdə dualar oxunacaq



RƏYLƏR


Top xəbərlər