Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qadınların da olduğu oğru dəstə tutuldu

Qadınların da olduğu oğru dəstə tutuldu

Date: 7 December 2015 14:47

Kürdəmirdə oğurluq edən Yevlax sakinləri saxlanılıblar. Onların arasında qadınlar da var.
Milli.Az El TV-yə ( Region TV) istinadən xəbər verir ki,  Kürdəmir rayonunun Xırdapay kənd sakini Xanım Kərimova bu il aprelin 20-də yaşadığı evdən 9 min manat pul və qızıl-zinət əşyalarının oğurlanması barədə rayon polis şöbəsinə ərizə ilə müraciət edib.

Şöbənin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxslərin Yevlax rayon sakinləri, Pərvanə Nadirova, Zarina  Kərimova, İlqar Alim Abdullayev qardaşlarının olduğu aşkarlanıb. Həmin şəxslər tutularaq istintaqa təhvil veriliblər. "Tərəfimizdən aparılan istintaq -əməliyyat tədbirləri nəticəsində Abdullayev İlqar Alıxan oğlu və Abdullayev Alim Alıxan oğlu saxlanılaraq Kürdəmir Rayon Polis Şöbəsinə gətiriliblər. İş üzrə qeyd olunan şəxslər şübhəli şəxs qismində tutularaq faktla bağlı tərəfimizdən araşdırma aparılır", - deyə müstəntiq Rafiq Qarayev bildirib.

İlkin dindirmə zamanı məlum olub ki, oğurluq edən dəstəyə başçılıq edən qardaşlar qadınları maşınla həmin ünvana gətiriblər. Sonra öncədən hazırlanan plana uyğun olaraq, oğurluq hadisəsi törədilib. Plan üzrə oğurluğu qadınlar həyata keçirib. Törətdiyi əməldən peşman olan Alim Abdullayev gənclərə məsləhət verməyi də unutmayıb: "Bu tutduğum işdən peşmanam. Heç kimə arzu etmirəm ki, haram yolla, oğurluq yolla kimsə işləsin".

Faktla bağlı araşdırmalar davam etdirilir. Onların digər oxşar hadisələrdə iştirakının olub-olmadığı aydınlaşdırılır. 

Milli.Az


Tags:  Qadınların olduğu oğru dəstə tutuldu

RƏYLƏR


Top news