Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gədəbəydə payızlıq taxıl əkinləri üç dəfə artıb

Gədəbəydə payızlıq taxıl əkinləri üç dəfə artıb

Date: 7 December 2015 14:48


Gədəbəy, 7 dekabr, AZƏRTAC
Ucqar dağ rayonu olan Gədəbəydə payızlıq taxıl səpini sürətlə davam edir.
Rayon icra hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Rüstəm Nağıyev AZƏRTAC-a bildirib ki, son illər fermerlərin taxıl istehsalına marağı artıb. Bunun əsas səbəblərindən biri dövlət tərəfindən taxıl istehsalçılarına subsidiyalar verilməsidir.
Şöbə müdirinin məlumatına görə, əvvəllər rayonda cəmi 200 hektar taxıl əkilirdisə, indi bu göstərici üç dəfə artaraq 600 hektara çatdırılıb.
Hazırda rayonda qızğın səpin işləri gedir. Fermerlər indiyədək 476 hektarda buğda və arpa səpiblər. Səpinin dekabr ayının sonunadək başa çatdırılması nəzərdə tutulur.

Tags:  Gədəbəydə payızlıq taxıl əkinləri üç dəfə artıb


RƏYLƏR


Top news