"Kurtlar vadisi"nin rejissoru Azərbaycandadır

"Kurtlar vadisi"nin rejissoru Azərbaycandadır
14:51 7 Dekabr 2015
43 Şou
Ölkə mətbuatı
A- A+

Tanınmış türk rejissoru, ssenarist, Osman Sınav Azərbaycan Dövlət Film Fondunda olub.

Axşam.az-ın "Report"a istinadən məlumatına görə, tanınmış rejissor Bakıya "Türkiyə Kino Günləri"nin açılışında iştirak etmək üçün gəlib.

Dövlət Film Fondunda qonaq olan O.Sınav Fondun binası ilə yaxından tanış olub. Ona Film Fondunun muzeyi, kino avadanlıqları nümayiş etdirilib.

Film Fondu ilə tanışlıqdan sonra O.Sınav Azərbaycan və Türkiyə kinematoqrafiyasının ortaq tərəflərindən danışıb. Rejissor bildirib ki, gələcəkdə Azərbaycanla ortaq film çəkmək arzusundadır.

1990-cı ildən televiziya filmləri çəkməyə başlayan O.Sınav "Dəli ürək" adlı dizisi ilə məşhurlaşıb.

Kənan İmirzalıoğlunu kəşf edən rejissor, "Ekmek teknesi", "Acı hayat" və "Kurtlar vadisi" serialları ilə lap çox tanınıb. "Kurtlar Vadisi" serialının 55 bölümü O.Sınavın quruluşunda ekranlaşdırılıb.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42054

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR