Venesuela Prezidenti parlament seçkilərinin nəticələrini tanıyıb

Venesuela Prezidenti parlament seçkilərinin nəticələrini tanıyıb
14:53 7 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC
Venesuela Prezidenti Nikolas Maduro ölkədə dekabrın 6-da keçirilən və müxalif Demokratik Birlik blokunun qələbəsi ilə nəticələnən parlament seçkilərinin nəticələrini tanıdığını elan edib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu xalqa ünvanladığı televiziya müraciətində bildirən Nikolas Maduro ölkəsində konstitusiya və demokratiyanın qələbə çaldığını qeyd edib.
Seçkilərdə səsvermə hüququna malik əhalinin 74,25 faizinin iştirak etdiyi bildirilir. Milli Seçki Şurasının məlumatına görə, hazırda müxalif blok parlamentdə 99 yerə, Vahid Sosialist Partiyası isə 46 yerə sahibdir.
Beləliklə, Venesuela müxalifəti son 15 ildə ilk dəfə olaraq ölkənin ali qanunverici orqanında üstünlük qazanıb. 167 deputatın təmsil olunduğu Milli Assambleyanın (parlament) yeni heyəti 2016-cı ilin yanvarından etibarən öz işinə başlayacaq.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Venesuela_Prezidenti_parlament_sechkilerinin_neticelerini_taniyib-908901

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR