""Qarabağ" bizi cəzalandırar"

""Qarabağ" bizi cəzalandırar"
14:57 7 Dekabr 2015
27 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"la oyun bizim üçün fərqlidi. Azərbaycan komandası ilə görüşdə hücum futbolu göstərəcəyik və bu dəfə ön xətdə daha dəqiq oynamalıyıq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Anderlext"in baş məşqçisi Besnik Hasi deyib.
 
Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alan "Anderlext" son turda məhz təmsilçimizi qəbul edəcək. Dünən Belçika çempionatının XVIII turu çərçivəsində "Genk"lə qolsuz bərabərə qalan Brüssel klubu artıq "Qarabağ"la oyuna hazırlaşır.
 
Hasi bu vacib görüş öncəsi yerli mətbuata açıqlamasında hücumçularından narazılığını dilə gətirib: "Komandanın oyun keyfiyyətindən və yekun nöqtəni qoyma bacarığından razı deyiləm. Ancaq futbolçularda döyüşkənliyin geri gəlməsindən məmnunam. Əhvalımız yaxşıdı, ancaq bir qələbə komandanı özünə gətirəcək".
 
44 yaşlı çalışdırıcı "Qarabağ"a qarşı necə oynamaq lazım olduğunu da bildiklərini söyləyib: "Bu rəqiblə matçın epizodlarında düzgün qərarlar verməliyik. Bu dəfə kollektiv mübarizə əzmimiz "Genk"lə qarşılaşmadakından da çox olmalıdı. Xüsusən də, hücumda olduqca keyfiyyətli çıxış etmək lazımdı. Əks təqdirdə, "Qarabağ" bizi cəzalandırar".
 
Baş məşqçi komandanın aparıcı oyunçularından olan Leander Dendonkerin hazırkı durumu ilə bağlı da məlumat verib. Onun sözlərinə görə, zədədən əziyyət çəkən 20 yaşlı futbolçu "Qarabağ"la oyunu buraxa bilər: "Ümid edirəm ki, Dendonker oyuna qədər hazır olacaq. Lakin biz bütün ehtimalları nəzərə almalıyıq. Amma sağalmasa belə, bunu ciddi problem saymayacağıq. Çünki Qiyom Jille onun mövqeyində layiqincə oynamaq iqtidarındadı".
 
Qeyd edək ki, "Anderlext" - "Qarabağ" oyunu dekabrın 10-da "Konstant Vanden Stok" stadionunda keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/388314.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR