Milli Parkda intihar cəhdinin qarşısı alındı

Milli Parkda intihar cəhdinin qarşısı alındı
14:59 7 Dekabr 2015
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda intiharın qarşısı alınıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, bu barədə nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə xəbər daxil olub. Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 1 nəfər intihar etmək məqsədilə özünü dənizə atıb. FHN-nin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı xilas edib və aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 13:46-da başa çatıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224257

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR