Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"Bu hadisənin təxribat olduğuna inanmıram"

"Bu hadisənin təxribat olduğuna inanmıram"

Date: 7 December 2015 15:05

Faciə baş verən ərazidə işlər aparılır. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğının söndürülməsi üçün əllərindən gələni edirlər. Həm FHN, həm də bizim gəmilər tərəfindən itkin düşmüş insanların axtarışları da davam etdirilir.

APA-nın məlumatına görə, bunu SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanov deyib.

O, sosial şəbəkələrdə hadisənin təxribat nəticəsində baş verdiyi barədə məlumatların yayılmasına da münasibət bildirib: "İnanmıram ki, bu hadisə təxribat olsun. Hər halda dövlət komissiyası araşdırmalar aparır, nətəcələr barədə ictimaiyyətə məlumat verəcək".

Qeyd edək ki, dekabrın 4-də saat 17.40 radələrində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə güclü yanğın baş verib.

Hadisə baş verən zaman özüldə 63 nəfər xidmətdə olub.

Yanğın nəticəsində 2 nəfər həlak olub, 29 nəfər itkin düşüb.

Milli.Az


Tags:  hadisənin təxribat olduğuna inanmıram


RƏYLƏR


Top news