XV tur başa çatır - YENİLƏNİR

XV tur başa çatır -   YENİLƏNİR
15:07 7 Dekabr 2015
18 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Topaz Premyer Liqasında XV tura yekun vurulacaq. Fanataz хəbər verir ki, son oyun günündə iki matç baş tutacaq.

Əvvəlcə meydana "Sumqayıt"la "Kəpəz" çıхacaq. Saat 17.00-da başlayacaq matçı Fariz Yusifov idarə edəcək. "Sumqayıt" son 4 turda qələbəyə həsrət qalıb (3 məğlubiyyət, 1 heç-heçə). "Kəpəz" isə 3 oyundu qələbə qazana bilmir (1 məğlubiyyət, 2 heç-heçə).

Tura "Rəvan" - AZAL oyunu ilə yekun vurulacaq. Rəhim Həsənovun idarə edəcəyi oyun saat 20.00-da başlayacaq. "Rəvan" isə son 3 oyunda 2 qələbə qazanıb, 1 heç-heçə edib. Kubokda mübarizəni dayandıran AZAL isə ötən tur "Sumqayıt"a qalib gəlib.

Qeyd edək ki, turun 3 oyunu dünən baş tutub. "Qəbələ" "Xəzər Lənkəran"ı, "Qarabağ" "İnter"i 1:0 hesabı ilə yenib, "Neftçi" - "Zirə" oyununda qalib müəyyənləşməyib - 1:1.

Premyer Liqa
2015/16 mövsümü
II dövrə, XV tur

7 dekabr
Sumqayıt - Kəpəz
Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, Coşqun Həsənov, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Məlik Həsənov.
“Kapital Bank Arena”. Saat 17.00.

Rəvan - AZAL
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Elman Musayev, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Xaqani Məmmədov.
“Bayıl Arena”. Saat 20.00.

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

15

11

2

2

25-9

35

2

Qəbələ

15

7

6

2

23-10

27

3

Zirə

15

6

7

2

15-12

25

4

İnter

15

6

6

3

12-9

24

5

Neftçi

15

5

5

5

17-16

20

6

Kəpəz

14

5

5

4

15-14

20

7

Sumqayıt

14

2

6

6

13-19

12

8

Xəzər Lənkəran

15

3

3

9

10-20

12

9

AZAL

14

3

3

8

8-17

12

10

Rəvan

14

2

3

9

9-21

7

Bombardirlər

Riçard Almeyda (Qarabağ), Ruslan Qurbanov (Neftçi), Aleksey Antonov (Qəbələ) - 6. Dieqo Martines (İnter) - 5.


Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-xv-tur-baa-catr-t45984.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR