Azərbaycanın futzal millisinin dünya çempionatının seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb

Azərbaycanın futzal millisinin dünya çempionatının seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb
15:07 7 Dekabr 2015
28 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 7 dekabr. REPORT.AZ/ Futzal üzrə Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, heyətə 14 futbolçu cəlb olunub.
Onlar Rövşən Hüseynli, Elnur Zamanov, Rizvan Fərzəliyev, Vitali Borisov, Rafael Durval, Auqusto Sezar, Amadeu Fernandes, Ramiz Çovdarov, Samir Həmzəyev, Zeynal Zeynalov, Fineo de Araujo, Andre Junior de Kampos, Eduardo Mello Borges və Sergey Çuykovdur. Perez Moreno Qomes Faustinonun baş məşqçisi olduğu milli komanda seçmə mərhələ oyunlarını 10, 11 və 13 dekabrda keçirəcək.
10 dekabr
20:00. Azərbaycan – İsveç
11 dekabr
20:30. Belarus – Azərbaycan
13 dekabr
22:30. Azərbaycan – Xorvatiya
Qeyd edək ki, bütün oyunlar Xorvatiyanın Osiyek şəhərindəki Dvorana Qradski VRT idman kompleksində keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://report.az/komanda/futzal-uzre-milli-komandanin-secme-merhele-ucun-heyeti-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR