"Qarabağ"ın rəqibində ayrılıq siqnalı

"Qarabağ"ın rəqibində ayrılıq siqnalı
15:12 7 Dekabr 2015
19 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasında "Qarabağ"la eyni qrupda mübarizə aparan "Monako" gələn ay Joao Moutinyo ilə vidalaşacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi komandasının Liqa-1-də çempionluq mübarizəsi apara bilməməsindən narazıdı. Bundan əlavə, Fransa çempionatının səviyyəsi 29 yaşlı futbolçunu tam qane etmir.

Moutinyonu "Yuventus" və Dortmund "Borussiya"sı heyətlərində görmək istəyirlər. Hər iki komanda təcrübəli yarımmüdafiəçi ilə danışıqlara artıq start verib.

Qeyd edək ki, "Monako"nun Avroliqada "Qarabağ"la keçirdiyi hər 2 görüşdə Moutinyo 90 dəqiqə meydanda olub. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/388321.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR