Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ və Çin kibertəhlükəsizlik sahəsində əməkdaşlıq üzrə saziş imzalayıb

ABŞ və Çin kibertəhlükəsizlik sahəsində əməkdaşlıq üzrə saziş imzalayıb

Date: 7 December 2015 15:18


Bakı, 7 dekabr, AZƏRTAC
ABŞ və Çin arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlıq üzrə saziş imzalanıb.
AZƏRTAC “osp.ru” saytına istinadla xəbər verir ki, sazişə əsasən, kompyuter təhlükəsizliyi, müxtəlif məsələlərin müzakirəsi üçün “qaynar xətt”in yaradılması, qərargah təlimlərinin keçirilməsi, kommersiya sirlərinin oğurlanması problemləri və digər mövzular üzrə məlumat mübadiləsi ilə bağlı qaydaların müəyyən edilməsi nəzərdə tutulur.
Sənədin imzalandığı görüşdə ABŞ baş prokuroru Loretta Linç, ABŞ Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri Cey Conson və Çinin ictimai təhlükəsizlik naziri Qo Şenkun iştirak edib.

Tags:  ABŞ Çin kibertəhlükəsizlik sahəsində əməkdaşlıq üzrə saziş imzalayıb


RƏYLƏR


Top news