Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bütün məscidlərdə faciə qurbanlarının xatirələri yad olunacaq

Bütün məscidlərdə faciə qurbanlarının xatirələri yad olunacaq

Date: 7 December 2015 15:22

Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) şeyxülislam Allahşükür Paşazadə ARDNŞ-nin Xəzər dənizindəki "Günəşli" yatağındakı neft platformasında baş vermiş güclü yanğınla əlaqədar həyatını itirən neftçilərə Uca Allahdan rəhmət diləyir, onların ailələrinə, yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir.

QMİ-nin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, A.Paşazadənin göstərişi ilə bu günlər paytaxt Bakıda və respublikamızın bütün bölgələrindəki məscidlərdə faciə qurbanlarının xatirələri yad olunacaq, onların şəninə Quran oxunacaq, ruhları üçün dualar ediləcək.

QMİ sədri şeyxülislam A.Paşazadə bütün Azərbaycan xalqına və fədakar neftçilərin ailə üzvlərinə Allah-Təaladan səbr və məğfirət, yaralıla şəfa, xilasedicilərin işinə Uca Yaradanımızdan rəvac diləyir.

Allah Vətənimizi hifz etsin!

Milli.Az


Tags:  Bütün məscidlərdə faciə qurbanlarının xatirələri yad olunacaq


RƏYLƏR


Top news