Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Günəşli” yatağındakı qəzada həlak olanların ruhlarına Azərbaycanın bütün məscidlərində dualar oxunacaq

Date: 7 December 2015 15:23


Bakı, 7 dekabr, AZƏRTAC
“Günəşli” yatağındakı platformada baş vermiş yanğın nəticəsində həlak olan neftçilərin xatirələri paytaxt Bakıda və respublikamızın bütün bölgələrindəki məscidlərdə yad olunacaq, onların şəninə Quran oxunacaq, ruhlarına dualar ediləcək.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə bununla bağlı göstəriş verib.
İdarənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şeyxülislam Allahşükür Paşazadə həlak olan neftçilərə Allahdan rəhmət diləyib, onların ailələrinə, yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.
QMİ sədri bütün Azərbaycan xalqına və fədakar neftçilərin ailə üzvlərinə Allah-Təaladan səbir, yaralılara şəfa, xilasedicilərin işinə rəvac diləyib.

Tags:  Günəşli yatağındakı qəzada həlak olanların ruhlarına Azərbaycanın bütün məscidlərində dualar oxunacaq


RƏYLƏR


Top news