Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Portuqaliyada "Azərbaycan multikulturalizmi" fənninin monitorinqi keçirilib

Portuqaliyada "Azərbaycan multikulturalizmi" fənninin monitorinqi keçirilib

Date: 7 December 2015 15:24

 

"Azərbaycan multikulturalizmi" fənninin xarici və yerli universitetlərdə aktuallığının və onun uğurlu layihə kimi davamlılığının təmin edilməsi və fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması məqsədilə hər semestrin sonunda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müəyyən etdiyi şəxslər tərəfindən monitorinqlər aparılır.

Mərkəzin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, növbəti monitorinq Portuqaliyanın Lusafona Universitetində Bakı Slavyan Universitetinin əməkdaşı Ülviyyə Abbasova tərəfindən aparılıb.

Monitorinq zamanı Ü. Abbasova Lusafona universitetində Beynəlxalq Sahibkarlıq ofisinin direktoru Teresa do Rosario Domasio və direktorun muavini Elisabete Lourenco ilə görüşüb. Görüş zamanı Teresa do Rosario Domasio gələcəkdə Azərbaycan multikulturalizmi fənninin Portuqaliyanın litseylərində də tədris edilməsini arzu etdiyini bildirib və bu fənnin universitetdə davamlılığının onlar üçün çox vacib olduğunu deyib.

Monitorinq zamanı Azərbaycan multikulturalizmi fənnini Lusafona universitetində tədris edən Maya Cəfərquliyeva proqram üzrə mühazirəsini oxuduqdan sonra Ü. Abbasova tələbələrə Azərbaycanda linqvistik fərqlilik mövzusunda mühazirə deyib.

Onlar Bakı Beynəlxaql Multikulturalizm Mərkəzinin təşkil etdiyi yay və qış məktəblərində iştirak etmək istəklərini də bildiriblər.

Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xarici və yerli universitetlərdə Azərbaycan multikulturalizmi fənninin tədrisi layihəsi çərçivəsində 11 xarici və 19 yerli universitetdə bu fənn tədris edilir.

 

 

 



Tags:  Portuqaliyada Azərbaycan multikulturalizmi fənninin monitorinqi keçirilib

RƏYLƏR


Top news