Bakı. Trend:
2015-ci ilin noyabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 263 445 ton Azərbaycan nefti nəql olunub.
Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, cari ilin yanvar-noyabr aylarında bu kəmərlə 26 373 898 ton neft ötürülüb.
Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2015-ci il dekabrın 1-dək BTC-yə 290 213 744 ton neft vurulub. Bundan başqa, 2015-ci ilin noyabr ayında BTC kəməri ilə 422 299 ton Türkmənistan nefti nəql olunub.
Bizi Twitter-dən izləyin: @trend_az