“Formula-1” yarışları ilə əlaqədar Puşkin küçəsi yol asfalt örtüyünün təmirinə bağlanıb

“Formula-1” yarışları ilə əlaqədar Puşkin küçəsi yol asfalt örtüyünün təmirinə bağlanıb
15:28 7 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC
2016-cı ilin iyun ayında Bakıda keçiriləcək “Formula-1” yarışı ilə əlaqədar dekabr ayının 7-dən etibarən Puşkin küçəsinin Üzeyir Hacibəyli və Xaqani küçələrinin kəsişmələri arasında yol asfalt örtüyünün təmirinə bağlanıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bundan əlavə, Bülbül prospekti qismən təmirdədir, lakin avtomobillərin hərəkəti tam məhdudlaşdırılmayıb. Qeyd olunan təmir işlərinin bitmə tarixi dəqiq məlum deyil.
Xaqani küçəsinin Rəşid Behbudov və Azadlıq prospekti ilə kəsişmələrində dekabr ayının 2-dən başlayan təmir işləri artıq başa çatıb.
Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası (Baku City Circuit) 2016-cı il iyun ayında keçiriləcək “Formula-1” yarışı ilə bağlı hazırlıq işlərini həyata keçirir.
Qeyd edək ki, yarışdan öncə salınacaq və “Formula-1” yarışı standartına cavab verən yenilənmiş yollar daimidir və Qran Pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Formula_1_yarislari_ile_elaqedar_Puskin_kuchesi_yol_asfalt_ortuyunun_temirine_baglanib-908918

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR