Şist qazının kəşfiyyatı Avropada baş tutmasa da, ABŞ hasilatı sürətlə artırmağı davam etdirir. 2005-ci ilə qədər qaz idxalını artıran ABŞ, hazırda idxalı tamamən dayandırıb. ABŞ-da şist neftinin heç bir azalmasından söz getmir, hətta 2-3 il ərzində ixraca başlanılacağı bildirilir.
"Qazprom" isə şist neftinin inkişafını düzgün dəyərləndirməyib. Nəticədə , "Qazprom"un Avropaya çəkdiyi qaz boruları 60% yüklənib. 2000-ci illərdə Çin bazarını cəlbedici saymayan "Qazprom", bu bazarı da itirmiş görünür. Türkmənistan, Özbəkistan və Qazaxıstanın müştərək çəkdiyi qaz boru xətti vasitəsilə Çinə illik 55 mlrd. kubmetr qaz ixrac edir. Bu da "Sila Sibiri" xəttinin imkanlarından 50% çoxdur", - deyə analitik qeyd edib.