Noyabrda Ceyhan limanından 2,3 milyon tondan çox Azərbaycan nefti dünya bazarına çıxarılıb

Noyabrda Ceyhan limanından 2,3 milyon tondan çox Azərbaycan nefti dünya bazarına çıxarılıb
15:33 7 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC
Noyabrda Ceyhan limanından 2 milyon 306 min 69 ton Azərbaycan nefti dünya bazarına yola salınıb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu həcmin 1 milyon 620 min 19 tonunu Dövlət Neft Fondunun (ARDNF) nefti təşkil edib. Bu ilin yanvar-noyabr aylarında Ceyhan limanından ixrac olunan neftin həcmi isə 26 milyon 340 min 24 ton olub.
Ümumiyyətlə, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri - BTC istismara verilən gündən cari il dekabrın 1-nə kimi Ceyhan limanından 288 milyon 279 min 114 ton Azərbaycan nefti dünya bazarına çıxarılıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Noyabrda_Ceyhan_limanindan_23_milyon_tondan_chox_Azerbaycan_nefti_dunya_bazarina_chixarilib-908920

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR