Bakı metrosunda bomba həyəcanı

Bakı metrosunda bomba həyəcanı
15:37 7 Dekabr 2015
96 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün saat 12:30 radələrində "Neftçilər" metrosu ətrafında bomba həyəcanı yaşanıb. 

Milli.Az musavat.com-a istinadən bildirir ki, naməlum şəxs rabitə qovşağından "102" xidmətinə zəng edərək, metro ətrafında bomba olduğunu və partlayacağını bildirib.

Hadisə yerinə dərhal polis əməkdaşları gəliblər. 

Nizami rayonunun 24-cü və 25-ci polis idarələrinin əməkdaşları "Magnit" ticarət mərkəzinin ətrafında olan şəxsi müəyyənləşdirmək üçün bütün obyektlərin təhlükəsizlik kamerasını nəzarətə götürüblər.

Hazırda proses davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/388346.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR