Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yanğında zərərçəkənlərin hamısına sığorta ödəniləcək

Yanğında zərərçəkənlərin hamısına sığorta ödəniləcək

Date: 7 December 2015 15:39

Dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğında xəsarət alanlar və itkin düşənlərin ailələrinə sığorta ödənişinin verilməsi üçün siyahı dəqiqləşdirilir.

 

Bu barədə "APA-Economics"ə "PAŞA Həyat Sığorta" şirkətinin sözçüsü Elnur Hüseynquliyev məlumat verib.

 

E. Hüseynquliyevin sözlərinə görə, hazırda SOCAR-ın müvafiq idarələri ilə birlikdə məlumatlar toplanılır: “Siyahı dəqiqləşdirilir, ödənişlərin verilməsi ilə bağlı hesablamalar aparılır. Hadisədən zərər çəkənlərin hamısına sığorta ödənişi veriləcək”. 

 

Qeyd edək ki, SOCAR-ın əməkdaşlarının "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən icbari sığortasını “PAŞA Həyat Sığorta” şirkəti həyata keçirib.

 

Xatırladaq ki, dekabrın 4-də “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə yanğın baş verib. Nəticədə 1 nəfər həlak olub, 29 nəfər itkin düşüb, 32 nəfər isə xilas edilib.


Tags:  Yanğında zərərçəkənlərin hamısına sığorta ödəniləcək

RƏYLƏR


Top news