Bazar ertəsi kinoya getməyə əla bəhanədir - FOTO

Bazar ertəsi kinoya getməyə əla bəhanədir - FOTO
15:42 7 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az Park Cinema-da nümayiş etdirilən filmləri təqdim edir.

Nabat

Qarabağ müharibəsi dövründə dağ kəndində Nabat adlı tənha, yaşlı qadın yaşayır. Bir gün səhər tezdən məlum olur ki, bütün kənd camaatı evlərini tərk edib. Nabat kənd xarabaya çevrilməsin deyə hər gecə yalnız qalmış evlərin işıqlarını yandırır. Bunu görən düşmən tərəf düşünür ki, kənd camaatı kənddən çıxmayıb, demək, döyüşə hazırdılar. Sonra Nabat bombardman nəticəsində balalarını itirmiş dişi canavarla rastlaşır.

Casus körpüsü

Filmin süjeti gerçək tarixi hadisələrə əsaslanır və MKİ tərəfindən SSRİ-də ələ keçirilən U2 kəşfiyyat təyyarəsinin amerikalı pilotunun Soyuq müharibə zamanı azad edilməsi tapşırığına göndərilən bruklinli vəkil Ceyms Donovandan bəhs edir.

Makbet

Şotlandiyanın soyuq tarlaları, hər zaman yerini dəyişdirməyə hazır olan hərbi düşərgə. Makbet həmişə müharibədədir, onun bu yaxınlarda uşağını itirən həyat yoldaşı ərini də itirməkdən qorxur. Ərini yanında saxlamaq üçün o, kral tacı uğrunda mübarizə aparan rəqibləri kənarlaşdırmaq layihəsini həyata keçirməyə başlayır.

Dənizin qəlbində

1820-ci ilin hadisəsinə əsasən, balina ovu gəmisinin ekipajı özü balinanın ovuna çevrilir və artiq 90 gündür ki, vətəndən minlərlə kilometr uzaqda dənizin qəlbində sağ qalmağa çalışır.

Dəhşətlər

Yazıçını R. L. Staynın xəyali şeytanları Delaver Ştatının Medison şəhərinə hücüm etdikdə bir yeniyetmə müəllifin qızı ilə onları geri qaytarmaq qərarına gəlirlər.

Yarımçıq xatirələr

Brest qalasını faşistlərdən qoruyan və 50 il sonra Qarabağı erməni işğalçılarından müdafiə etməyə qalxmış veteran Azəri erməni cəbhəsində vuruşan rus zabiti Vanya öldürür. Rus zabiti qocanın gündəliyini tapır, onun babası ilə vuruşduğunu öyrənir. Və onun meyidini Azərbaycan tərəfinə verməsi üçün öz həyatını təhlükəyə atır. Filmin süjet xəttinin digər hissəsi isə veteranın gündəliyi üzrə II Dünya Müharibəsidir.

Viktor Frankenşteyn

Viktor Frankenşteynin fantastik tarixinə yeni baxış - bu dəfə onun köməkçisi İqorun sözlərindən.

Ziyarət

İllər öncə o, atası evindən geriyə baxmadan qaçıb və o vaxtdan həmin gecənin hadisələrini unutmağa çalışıb. İndi onun böyük övladları var. Bir gün onlar heç zaman görmədikləri nənə və babalarından dəvət alırlar və onları ziyarət etməyə qərar verirlər.

Yaxşı dinozavr

Filmin süjetinə əsasən, dinozavrlar tələf olmayıblar, onlar dərrakəli məxluqlara təkamül ediblər və Yer kürəsində sağ-salamat yaşayırlar. İnsanlar isə inkişafın ibtidai mərhələsində qalıblar. Film dinozavrın balaca oğlanla dostluğu haqqında danışır.

Uzaklarda Arama

Şəhərdən qəsəbəyə qovulan və pavilyonda işləməyə məcbur olan 8 cavan qadının məhəbbəti, dramatik və komik macəraları haqqında əhvalat.

Qatil

İdealistik FTB agenti seçilmiş hökumət əməliyyat qrupun yardımı ilə ABŞ və Meksika sərhəd zonasında narkotiklərə qarşı artan müharibədə köməklik göstərməlidir.

Hər şeyə qadirəm

Başqa planetdən gələn ekssentrik bir qrup eksperiment olaraq insana hər şey etmə qabiliyyətini verir.

Aclıq oyunları: Alaycı quş. Hissə II

Kitniss Everdin və öz bildiyini edən Pit Mellark təkhakimiyyətli Kapitoli və müharibədən zülm çəkən Panem rayonları arasındakı vətəndaş müharibəsini udmağa çalışırlar...

Cin Kuyusu

Film kənddə yaşayan, uşaq arzusunda olan, lakin cin tərəfindən qisasa məruz qalan bir cütlükdən danışır.

My Name İs intigam 2

İntiqamın sərgüzəştləri davam edir. Filmin ikinci hissəsində İntiqam və dostları Moldovaya yollanacaqlar.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/388343.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR