Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Erməni deputatlar etiraz etdi

Erməni deputatlar etiraz etdi

Date: 7 December 2015 15:46

Ermənistanda keçirilən referendumla bağlı ölkədə narazılıqlar davam edir.

ANS PRESS-in məlumatına görə, Erməni Milli Konqresi (EMK) fraksiyasının rəhbəri Levon Zurabyan parlamentin sessiyalarının boykot edəcəklərini bildirib. Onun sözlərinə görə, boykot hakimiyyətin referendumdakı saxtalaşdırmaları ilə bağlıdır.

"Biz yaranmış vəziyyətdə sizinlə eyni zalda oturub və həmişə ki, kimi işləyə bilmərik. Boykotun səbəbi referendum zamanı saxtalaşdırılma vasitəsi ilə xalqın iradəsinə utanc verici şəkildə təzyiq göstırilməsidir. Referendum zamanı bülletenlərin kütləvi şəkildə atılması, zorakılıq, təzyiq, rüşvət hallarına rast gəlinib", - deyə Zurabyan bildirib.

Bu zaman Ermənistan parlamentinin sədri Qalust Saakyan "bizim nəzər nöqtəmiz başqadır" deyərək Zurabyanın mikrofonun söndürüb.

Buna etiraz olaraq EMK fraksiyasının deputatları Levon Zurabyan, Aram Manukyan və Qarik Cangiryan zalı tərk ediblər.





Ötən gün Ermənistanda ölkənin idarəetmə quruluşunu dəyişmək üçün referendum keçirilib. Ölkə vətəndaşları Ermənistanın prezident idarəetmə quruluşundan parlament idarəetməsinə keçidi nəzərdə tutan konstitusiya dəyişikliklərinə səs veriblər.

Səsvermənin nəticələrinə görə, seçicilərin 74,87% -i islahatlara “hə” deyib. 22,31% seçici isə islahatların əleyhinə səs verib.


Serj Sarkisyan - Ermənistan prezidenti

Konstitusiyaya dəyişikliklə əlaqədar olaraq, bir neçə ay ərzində ölkə əhalisi keçirilən referenduma etiraz edirdilər. "İrs", Levon Ter-Petrosyanın rəhbərlik etdiyi "Erməni milli konqresi", ölkənin keçmiş prezidenti Robert Koçaryan seçkilərin əleyinə mitinqlər təşkil edirdilər. Etirazçılar bildiriblər ki, cinayətkar rejim devrilməyincə mitinqlərə son qoyulmayacaq.


Ermənistanda referendumla bağlı keçirilən aksiyalar


Tags:  Erməni deputatlar etiraz etdi


RƏYLƏR


Top news