Suriyaya gedən azərbaycanlıya Rusiya cinayət işi açdı

Suriyaya gedən azərbaycanlıya Rusiya cinayət işi açdı
15:52 7 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) İŞİD terror təşkilatına qoşulmaq üçün Suriyaya gedən azərbaycanlı haqqında məlumat yayıb.

APA-nın prokazan.ru saytına istinadən verdiyi məlumata görə, Rusiya FTX-nin Tatarıstan Respublikası üzrə İdarəsi terrorçu təşkilata qoşulmaq üçün Suriyaya gedən üç Rusiya vətəndaşının adını açıqlayıb.

Onların arasında azərbaycanlı, 1990-cı il təvəllüdlü Quliyev Malik Seyfulla oğlu da var.

FTX-dən onların artıq Suriyada olduğu və barələrində Rusiya Federasiyası Cinayət Məcəlləsinin "Qanunsuz silahlı qruplaşmaların fəaliyyətində iştirak etmək" maddəsi ilə cinayət işi açıldığı qeyd olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/388341.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR