Dirsəyi sonradan gördülər: 3 oyunluq cəza qorxusu

Dirsəyi sonradan gördülər: 3 oyunluq cəza qorxusu
15:52 7 Dekabr 2015
20 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted"in yarımmüdafiəçisi Bastian Şvaynştayger cəzalandırıla bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Premyer Liqanın 15-ci turunda "Vest Ham Yunayted"ə qarşı oyunda Uinston Ridlə konfliktə girən almaniyalı futbolçu 3 oyunluq diskvalifikasiyanın astanasındadır. "Qırmızı şeytanlar" cərimə zərbəsini yerinə yetirən zaman Şvaynştayger Ridin boğazından dirsəklə itələmiş, amma referi Mark Klattenburq bu epizodu nəzərdən qaçırmışdı. Əgər İngiltərə Futbol Assosiasiyası onu cəzalandırsa, təcrübəli futbolçu "Bournemous", "Norviç Siti" və "Stouk Siti" ilə oyunlarda komandasına kömək edə bilməyəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/388316.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR