İtkin düşmüş neftçilərdən 6-nın cəsədi tapılıb

15:58 7 Dekabr 2015
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

"Günəşli" yatağında baş vermiş yanğın zamanı itkin düşmüş şəxslərdən altısının cəsədi tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, saat 13:20 radələrində qəza baş vermiş özüldən 65-70 km məsafədə FHN-in helikopterləri dənizdə 6 nəfərin cəsədini aşkar etmiş və həmin cəsədlər helikopterin göyərtəsinə qaldırılmışdır.

Bunlardan Tağıyev Fuad Tahir oğlu və Mahmudov Ağa İzzət oğlunun cəsədləri sahilə çatdırılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Digər 4 cəsəd isə yaxın zamanda sahilə çatdırılacaq.

Axtarış əməliyyatı davam etdirilir. Əlavə məlumat veriləcək.​

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2466335.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR