Noyabrda BTC kəməri ilə 2,3 milyon tona yaxın Azərbaycan nefti nəql edilib

Noyabrda BTC kəməri ilə 2,3 milyon tona yaxın Azərbaycan nefti nəql edilib
15:58 7 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC
Noyabrda Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri - BTC vasitəsilə 2 milyon 263 min 445 ton Azərbaycan nefti nəql olunub.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu ilin yanvar-noyabr aylarında BTC ilə 26 milyon 373 min 898 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il dekabrın 1-nə qədər BTC-yə 290 milyon 213 min 744 ton neft vurulub.
Ötən ay BTC kəməri ilə 422 min 299 ton Türkmənistan nefti nəql edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Noyabrda_BTC_kemeri_ile_23_milyon_tona_yaxin_Azerbaycan_nefti_neql_edilib-908934

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR