Hacıbədəlli şəhidlərinin xatirəsi yad edilib

Hacıbədəlli şəhidlərinin xatirəsi yad edilib
16:03 7 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Ağcabədi, 7 dekabr, AZƏRTAC
Ağcabədi rayonunun Hacıbədəlli kəndinin sakinləri Qarabağ müharibəsi zamanı erməni işğalçılarına qarşı mübarizədə fəal iştirak ediblər. Torpaqlarımızın düşməndən müdafiəsində 16 nəfər kənd sakini şəhid olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Hacıbədəlli kənd kitabxana filialında keçirilən “Hacıbədəlli şəhidləri” adlı tədbirdə danışılıb. Tədbir iştirakçıları əvvəlcə Şəhidlər Xiyabanını ziyarət edib, respublikamızın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsini anıblar.
Tədbirdə çıxış edənlər hacıbədəllilərin Vətənimizin müdafiəsindəki fədakarlıqlarından, şəhidlərin həyat və şərəfli döyüş yolundan danışıblar. Bildirilib ki, işğal altında olan torpaqlarımız gec-tez azad ediləcək və şəhidlərin ruhu rahatlıq tapacaq.
Sonra mərkəzləşmiş kitabxana sisteminin informasiya-resurs şöbəsinin hazırladığı “Hacıbədəlli şəhidləri” adlı video-çarx nümayiş olunub, şəhidlərin ruhuna ehsan süfrəsi açılıb.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Hacibedelli_sehidlerinin_xatiresi_yad_edilib-908935

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR