Qazaxıstan gəmiləri “Günəşli” yatağında qəzadan sonra gücləndirilmiş müşahidə aparırlar

Qazaxıstan gəmiləri “Günəşli” yatağında qəzadan sonra gücləndirilmiş müşahidə aparırlar
16:08 7 Dekabr 2015
57 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC
Qazaxıstan gəmiləri Xəzər dənizində Azərbaycana məxsus neft platformasında baş vermiş yanğından sonra obyektlər və zərərçəkənlər aşkar edildiyi zaman yardım göstərə bilmək üçün müşahidəni gücləndiriblər. Bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin mətbuat xidmətindən “Novosti-Kazaxstan” informasiya agentliyinə məlumat veriblər.
Mətbuat xidmətindən deyiblər: “Hazırda regionda mürəkkəb meteoşərait davam edir. Buna baxmayaraq, Sahil Mühafizə Xidmətinin rəisi məsuliyyət zonasında yerləşən kater və gəmilərə vəziyyəti müşahidə etmək və gücləndirilmiş nəzarətdə saxlamaq, hər hansı obyekt, yaxud zərərçəkən aşkar olunduqda məruzə etmək, lazımi yardım göstərmək komandası verib”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qazaxistan_gemileri_Gunesli_yataginda_qezadan_sonra_guclendirilmis_musahide_aparirlar-908938

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR