Qədim və müasir Bərdə şəkillərdə FOTOREPORTAJ

Qədim və müasir Bərdə şəkillərdə FOTOREPORTAJ
16:08 7 Dekabr 2015
50 Digər
Ölkə mətbuatı
A- A+


Bərdə, 7 dekabr, AZƏRTAC
Bərdə təkcə Azərbaycanın deyil, bütövlükdə Yaxın Şərqin ən qədim yaşayış mərkəzlərindəndir. Bu məkan eramızdan əvvəl II minillikdən başlamış son orta əsrlərə qədər geniş bir dövrü əhatə edən çoxlu maddi mədəniyyət abidələri ilə zəngindir. 1322-ci ildə tikilmiş Bərdə türbəsi, VI əsrə aid köhnə şəhər divarlarının qalıqları, XVIII əsrə aid İbrahim məscidi, Tərtər çayı üzərində VII-IX əsrlərə aid iki körpü, XIV əsrə aid Axsadan baba türbəsi, Güloğlular kəndində XVIII əsrə aid səkkizguşəli türbə və digər abidələr Bərdənin qədim tarixindən soraq verir.
Qədim Bərdə bu gün özünün yeni həyatını, çiçəklənən dövrünü yaşayır. Həyata keçirilən uğurlu iqtisadi siyasət, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası, infrastrukturun yenilənməsi, genişmiqyaslı yenidənqurma və tikinti-quruculuq işləri sayəsində Bərdə gündən-günə daha da gözəlləşir. Son illər şəhərdə ucaldılan Heydər Əliyev Mərkəzi, Musiqi və İncəsənət məktəblərinin binası, salınan Heydər Əliyev adına Park Bulvar, Qəhrəmanlar Parkı, Bayraq Meydanı onun hüsnünə yeni naxışlar əlavə edib.
AZƏRTAC Bərdədən çəkilmiş fotoşəkilləri təqdim edir.
























































Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qedim_ve_muasir_Berde_sekillerde_FOTOREPORTAJ-908939

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR