Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sərxoş vəziyyətdə iki qardaşı bıçaqlayan şəxsə 5 İL HƏBS

Sərxoş vəziyyətdə iki qardaşı bıçaqlayan şəxsə 5 İL HƏBS

Date: 7 December 2015 16:09

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki qardaşı bıçaqlamaqda təqsirli bilinən Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü  Tehran Səlimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Tehran Səlimov 5 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, hadisə bu il aprel ayında Binəqədi qəsəbəsi 1-ci mədən küçəsində baş verib.  Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1968-ci il təvəllüdlü Tehran Zahid oğlu Səlimov qeyri-rəsmi münasibətdə yaşadığı qadının bacısı oğlanları Elnur Nəsirova və qardaşı Orxana bıçaq xəsarəti yetirməkdə şübhəli bilinərək saxlanılıb.

 

Saxlanılan şəxsin hadisəsi sərxoş vəziyyətdə törətdiyi bildirilib.

 


Tags:  Sərxoş vəziyyətdə iki qardaşı bıçaqlayan şəxsə İL HƏBS

RƏYLƏR


Top news