Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Apellyasiya məhkəməsində Leyla Yunusun şikayətinə baxılıb

Apellyasiya məhkəməsində Leyla Yunusun şikayətinə baxılıb

Date: 7 December 2015 16:09

Bu gün Bakı Apelyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun və həyat yoldaşı Arif Yunusun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri çıxış edərək, müdafiə etdikləri şəxslər barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.

 

Dövlət ittihamçısı çıxış edərək, birinci instasiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını istəyib.

 

Məhkəmə prosesi dekabrın 10-da davam edəcək.

 

Qeyd edək ki, Leyla Yunusla mühakimə olunmuş həyat yoldaşı Arif Yunus haqqında noyabrın 12-də həbs-qətimkan tədbiri dəyişdirilib. O, məhkəmə zalından azad edilib. Arif Yunus hazırda ev dustağıdır.  

 

Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2-ci (Qanunsuz sahibkarlıq külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2-ci (Vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunus isə 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddələri ilə təqsirləndirilir.

 

Hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır.

 


Tags:  Apellyasiya məhkəməsində Leyla Yunusun şikayətinə baxılıb


RƏYLƏR


Top news