Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İtkin düşən daha 6 neftçinin cəsədi tapılıb

İtkin düşən daha 6 neftçinin cəsədi tapılıb

Date: 7 December 2015 16:12

Bakı. 7 dekabr. REPORT.AZ/ “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşənlərdən daha 6-nın cəsədi tapılıb.
"Report"un verdiyi xəbərə görə, beləliklə, cəsədi tapılanların sayı 3-ə çatıb.
Xatırladaq ki, dekabrın 3-də güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, yanğın baş verib. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 1 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib. 29 nəfərin axtarışı davam etdirilirdi.

Tags:  İtkin düşən neftçinin cəsədi tapılıb

RƏYLƏR


Top news