"Mahnılarının çoxu plaqiatdır"

"Mahnılarının çoxu plaqiatdır"
16:16 7 Dekabr 2015
36 Şou
Ölkə mətbuatı
A- A+

Bəstəkar, AG FM-in Bakı nümayəndəliyinin rəhbəri Ruslan Əhmədoğlu müğənniləri tənqid edib.

Axşam.az-ın məlumatına görə, o, gənc bəstəkarları plaqiatlıqla məşğul olmaqda günahlandırıb:

“Müğənnilər hazırda bəstəkarlardan mahnı almaq marağında deyillər. Özləri ordan-burdan sözlər tapır, aranjimançıların köməkliyi ilə bayağı musiqilər yaradırlar. Onlardan bunun səbəbini soruşanda cavablar müxtəlif olur. Müğənni tanınmamış bəstəkarın mahnısını oxuyanda fikirləşir ki, bəstəkarın adını çəkməklə onu reklam edəcək. Ona görə də ulduz xəstəliyinə tutulur. Bu da ona imkan vermir ki, mahnının keyfiyyəti və peşəkarlığı barədə düşünsün. 
 
Buna görə də hamı tanınmış bəstəkarlara müraciət edir. Gənc bəstəkarlar isə elə pula mahnılar satırlar ki, bir müddətdən sonra plaqiat olduğu ortaya çıxır. Bu gün mahnı bazarında qiymətlər normal olsa, gözəl bəstələr də gündəmə gələr”.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42057

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR