Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İtkin düşən neftçinin son zəngi: “Qayıtmasam, məni bağışla!”

İtkin düşən neftçinin son zəngi: “Qayıtmasam, məni bağışla!”

İtkin düşən indoneziyalını pitonun içindən tapdılar (28 Mart 2017 21:42)
İtkin düşən indoneziyalı pitonun qarnından tapdılar - DƏHŞƏTLİ KADRLAR - FOTO/VİDEO (28 Mart 2017 20:43)
Peruda güclü daşqın: xeyli sayda ölən və itkin düşən var (17 Mart 2017 02:48)

Tarix: 7 Dekabr 2015 16:19

Şirvan şəhərindən olan Bayram Qasımov “Günəşli” neft yatağında baş verən yanğında itkin düşən 29 neftçidən biridir.

 

Valideynlərini bir müddət əvvəl itirən Bayram ata-ananın yeganə övladı olub. Nə bacısı var, nə də qardaşı... 37 yaşlı Bayram ailəsini ayın 15 gününü dənizdə işləməklə dolandırıb. 3 övlad atası olub. Böyük oğlu Məmmədağanın 15, ortancıl oğlu Nurlanın 11, sonbeşiyi Məleykənin isə 6 yaşı var.

 

Bayram qəza anında həyat yoldaşı Ülkər xanıma zəng edib. Xilasedici qayığa minirik deyib. Əlavə edib ki, “burda yanğın baş verib, xilas olmağa çalışırıq. Qayıtmasam, uşaqlardan muğayat ol, məni bağışla”.

 

Xilasedici qayığa minən anda nə baş veribsə sözü yarımçıq qalıb. Qısa qışqırıq səsindən sonra əlaqə kəsilib. Bu, Bayramın son zəngi olub.

 

Yaxınları möcüzənin baş verəcəyinə inanmaq istəyirlər: “Kaş möcüzə baş verəydi, itkinimiz sağ qayıdaydı...”

 


Teqlər:  İtkin düşən neftçinin son zəngi Qayıtmasam məni bağışla



RƏYLƏR


Top xəbərlər