Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hökumət rəsmiləri "Günəşli" yatağına gedib

Hökumət rəsmiləri "Günəşli" yatağına gedib

Date: 7 December 2015 16:22

Bakı. 7 dekabr. REPORT.AZ/ SOCAR-ın prezidenti Rövnəq Abdullayev, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev bu gün "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən qəza ilə əlaqədar hadisə yerində olublar. 
Nazirlikdən "Report"a verilən xəbərə görə, əraziyə baxış keçirən hökumət rəsmiləri baş verən yanğının söndürülməsi, itkin düşənlərin axtarışı işlərinin gedişi ilə yerində tanış olub.
Sonra SOCAR-ın prezidenti Rövnəq Abdullayev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov,  Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev hadisə zonasında yaradılan qərargahda birgə müşavirə keçirib, qəza-xilasetmə əməliyyatının gedişi ilə bağlı məsələləri müzakirə ediblər.



Tags:  Hökumət rəsmiləri Günəşli yatağına gedib

RƏYLƏR


Top news