“Bilik evi” Qax gənclərinin hərtərəfli inkişafına öz töhfəsini verir

“Bilik evi” Qax gənclərinin hərtərəfli inkişafına öz töhfəsini verir
16:28 7 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Qax, 7 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Qax nümayəndəliyinin nəzdində iki ay əvvəl fəaliyyətə başlayan “Bilik evi” rayon gənclərinin hərtərəfli inkişafı, elmi-texniki biliklərə yiyələnməsi istiqamətində ilk addımlarını atır. Respublikada ilk olaraq Qax nümayəndəliyində yaradılan bu tədris və mədəniyyət ocağında hazırda 3 dərnək – ingilis dili, rus dili, kompyuter operatoru və kargüzarlıq işi üzrə dərnəklər fəaliyyət göstərir. Bu dərnəklərin hər birində 12 nəfər təhsil alır. Bir illik təhsil müddətini müvəffəqiyyətlə başa vuran müdavimlərə sertifikatlar veriləcək.
Bilik Fondunun Qax rayonu üzrə nümayəndəsi, “Bilik evi”nin rəhbəri Rövşən Hədisov AZƏRTAC-a bildirib ki, xarici dil öyrənmək, həmçinin müxtəlif peşələrə yiyələnmək məqsədi ilə quruma müraciət edənlərin sayı getdikcə artır. Gələcəkdə burada aşpazlıq dərnəyi və ədəbi yaradıcılıq fakültəsinin açılması da nəzərdə tutulur. Bundan əlavə, yaxın vaxtlarda buradakı dərnəklərdə Azərbaycan multikulturalizm fənni də tədris olunacaq.
Rayonda xarici avtomobillərin təmirçisinə böyük ehtiyacın olduğunu nəzərə alaraq qurum tərəfindən 2 gəncin ixtisas almaq üçün Bakıya göndərildiyini bildirən Rövşən Hədisov gələcəkdə həmin ixtisas üzrə də qrupun açılacağını, artıq bununla bağlı xeyli gəncin müraciət etdiyini diqqətə çatdırıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bilik_evi_Qax_genclerinin_herterefli_inkisafina_oz_tohfesini_verir-908948

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR