Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İtkin düşən neftçinin həyat yoldaşı: "Qışqırıqdan sonra səs kəsildi" - VİDEO

İtkin düşən neftçinin həyat yoldaşı: "Qışqırıqdan sonra səs kəsildi" - VİDEO

Peruda güclü daşqın: xeyli sayda ölən və itkin düşən var (17 Mart 2017 02:48)
Mövlud Mövludun həyat yoldaşı — "Evdə yox idim" (16 Mart 2017 11:15)
Bakıda itkin düşən məktəblinin meyiti tapıldı (16 Mart 2017 09:27)

Tarix: 7 Dekabr 2015 16:32

"Son dəfə zəng edəndə dedi ki, uşaqlardan muğayat ol, bəlkə, qayıtmadım. Qayıtmasam, məni bağışla".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu "Günəşli" neft yatağında baş verən yanğında itkin düşən 29 neftçidən biri - Şirvan şəhər sakini Bayram Mirzəağa oğlu Qasımovun həyat yoldaşı Ülkər Qasımova deyib.

Valideynlərini bir müddət əvvəl itirən Bayram ailənin yeganə övladı olub. 37 yaşlı Bayram ayın 15 gününü dənizdə işləyib. 3 övlad atası olub. Böyük oğlu Məmmədağanın 15, ortancıl oğlu Nurlanın 11 və sonbeşikləri olan qızı Məleykənin isə 6 yaşı var.
 
Qəza anında həyat yoldaşı Ülkər xanıma zəng edib: "Dedi ki, xilasedici qayığa minirik, burada yanğın baş verib, xilas olmağa çalışırıq, qayıtmasam, uşaqlardan muğayat ol, məni bağışla. Xilasedici qayığa minən anda nə baş verdisə, sözü yarımçıq qaldı. Qışqırıqdan sonra səs kəsildi".

Milli.Az


Teqlər:  İtkin düşən neftçinin həyat yoldaşı Qışqırıqdan sonra səs kəsildi VİDEO



RƏYLƏR


Top xəbərlər