Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan gənc psixoloqlarının birinci qurultayı keçirilib

Date: 7 December 2015 16:32

"Report"un məlumatına görə, 100-dən çox gənc psixoloqun qatıldığı qurultay zamanı iştirakçılara təşkilat haqqında məlumat verilib.
Sonra üzvlərin iştirakı ilə “Gənc Psixoloqlar” İctimai Birliyinin İdarə Heyətinin formalaşdırılması üçün səsvermə keçirilib.
Səsvermənin nəticələrinə əsasən, Gənc Psixoloqlar İctimai Birliyinin sədri Orxan Oruczadə, baş katibi Rövşən Hümbətov, “İctimaiyyətlə əlaqədar şöbəsi”nin məsul şəxsi Aidə Səlim, “Layihələrin idarə edilməsi” üzrə Zümrüd Əkbərova və “Beynəlxalq əməkdaşlıq” üzrə məsul şəxs isə Sevda Cəlilzadə seçilib.
Birliyin məqsəd ölkənin gənc psixoloqları arasında şəbəkələşmə yaratmaqla cəmiyyətin psixi sağlamlığı istiqamətində vahid fəaliyyəti təmin və təşkil etməkdir.
Qeyd edək ki, “Gənc Psixoloqlar” İctimai Birliyi 2017-ci ildə Azərbaycanda keçiriləcək Avropa Gənc Psixoloqlar Assosasiyasının (EFPSA) 31-ci illik qurultayının da təşkilatçısıdır.

Tags:  Azərbaycan gənc psixoloqlarının birinci qurultayı keçirilib

RƏYLƏR


Top news