Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Allergiyaya qarşı çörəkotu

Allergiyaya qarşı çörəkotu

Date: 7 December 2015 16:32

Alimlər çörəkotunun daha bir faydasını aşkarlayıblar.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, çörəkotunun allergiyanın dərmanı olduğu üzə çıxıb. Mütəxəssislər bildirirlər ki, allergiya xəstəliklərindən hesab edilən astma və ekzemaya qarşı çörəkotundan yararlanmaq olar. Araşdırmalar göstərib ki, astma xəstələri üçün çörəkotu hətta bəzi dərmanlardan daha çox kömək edir. Onlar gündə ən az 2 dəfə olmaqla 1 qram  çörəkotu istifadə etməlidirlər.

Həkimlərin sözlərinə görə, çörəkotu burun, göz qaşıntısına yaxşı təsir edir, rahat nəfəs almağa kömək olur.

Bu toxum şəkər xəstələri üçün də faydalıdır.

Çörəkotu yeyərək orqanizmi "lizin" və "metionin" kimi önəmli maddələrlə yanaşı, kalsium, fosfor, dəmir, sink, maqnezium, manqan, mis, kalium, B1, B6, fol turşusu ilə də təmin etmək mümkündür.

Milli.Az


Tags:  Allergiyaya qarşı çörəkotu

RƏYLƏR


Top news