Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İŞİD-ə qarşı mübarizə aparan beynəlxalq koalisiyanın toplantısı keçiriləcək

İŞİD-ə qarşı mübarizə aparan beynəlxalq koalisiyanın toplantısı keçiriləcək

6 İŞİD lideri məhv edilib (19 Mart 2017 21:42)
İraqda 6 İŞİD lideri məhv edildi (19 Mart 2017 20:54)
İŞİD Mosulda zəhərli qazdan istifadə edir (14 Mart 2017 08:17)

Tarix: 7 Dekabr 2015 16:37

Bakı. 7 dekabr. REPORT.AZ/ Terrorçu İŞİD-ə qarşı mübarizə aparan beynəlxalq koalisiya təmsilçilərinin görüşü keçiriləcək.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Paolo Centiloni BMT-nin Suriya məsələləri üzrə xüsusi təmsilçisi Staffan de Mistura ilə görüşünün nəticələrinə həsr olunan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, toplantı 2016-cı il yanvarın ikinci yarısında İtaliyanın paytaxtı Romada keçiriləcək. İclasda İŞİD-ə qarşı mübarizənin strategiyası müzakirə olunacaq.
Qeyd edək ki, terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə koalisiyasına ABŞ, Türkiyə ilə birlikdə 65 ölkə daxildir. Beynəlxalq koalisiya Bəşşar Əsəd hakimiyyətini tanımır. Onlar Suriyadakı mötədil müxalifəti qəbul edirlər. Rusiya və İran isə bu koalisiyaya daxil deyil.

Teqlər:  İŞİD-ə qarşı mübarizə aparan beynəlxalq koalisiyanın toplantısı keçiriləcək



RƏYLƏR


Top xəbərlər